8 noyabr 2023-cü il tarixdə saat 17:00-da “ASAN Xidmət” Mərkəzinin kinoklubunun qarşısında keçiriləcək Zəfər Günü münasibətilə populyar müğənnilərin iştirak edəcəyi olduqca maraqlı konsert proqramına hər kəsi dəvət edirik.
06 noyabr 2023 | 10:56
Əziz qubalılar,
8 noyabr 2023-cü il tarixdə saat 17:00-da Quba Rayon İcra Hakimiyyəti tərəfindən Quba “ASAN Xidmət” Mərkəzinin kinoklubunun qarşısında Zəfər Günü münasibətilə respublikamızın bir sıra tanınmış incəsənət ustalarının və populyar müğənnilərin iştirak edəcəyi olduqca maraqlı konsert proqramı, konsert proqramının sonunda isə möhtəşəm atəşfəşanlıq təşkil olunacaqdır.
Hər bir rayon sakinini və rayonumuzun qonaqlarını Tarixi Zəfərimizə həsr olunmuş konsert proqramına və bu möhtəşəm Qələbənin sevincini bizimlə bölüşməyə dəvət edirik.
Hörmətlə,
Quba Rayon İcra Hakimiyyəti