Şriftin ölçüsü :

Saytın rəngi :

Qeydiyyatın müddətinin bərpa edilməsi barədə

Quba Rayon İcra Hakimiyyəti başçısının 17 may 2021-ci il tarixli 51 nömrəli Sərəncamı ilə Rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla, 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

İctimai şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Bununla əlaqədar, ictimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı vaxtı bərpa edilmiş, qeydiyyat  06 sentyabr  2021-ci il tarixdən 14 sentyabr 2021-cil tarixədək davam edəcəkdir. 

İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı ilə əlaqədar Quba RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşlarin  müraciətləri ilə iş şöbəsinə müraciət oluna bilər (Əlaqə telefonu 023-335-62-25).

Keçidlər