Home Contact Phone
background
  • Ünvan: AZ 4000, Quba şəhəri, Heydər Əliyev prospekti
  • Faks: (023) 335-62-00
  • E-mail: mail@quba-ih.gov.az

Xəbərlər

  • 12 avqust Beynəlxalq Gənclər günü münasibət...

    12 avqust Beynəlxalq Gənclər günü münasibətilə Taekvando idman növü üzrə rayon birinciliyi

    2017-08-12

    12 avqust 2017-ci il tarixdə Quba Rayon İcra Hakimiyyəti və Quba rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “12 avqust Beynəlxalq Gənclər günü” münasibətilə Taekvando idman növü üzrə yeniyetmə və gənclər arasında Quba rayon birinciliyi keçirilmiş, qaliblərə kubok və diplomlar verilmişdir.

  • Quba RİH və Quba RMX-nın birgə təşkilatçıl...

    Quba RİH və Quba RMX-nın birgə təşkilatçılığı ilə Səyyar tibbi müayinə aksiyası

    2017-08-11

    11 avqust 2017- ci il tarixdə Quba rayon İcra Hakimiyyətinin və Quba rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə rayonun Utuq və Xaltan kənd sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilmişdir. Aksiyaya əsasən əhali pulsuz olaraq terapevt, infeksionist, ginekoloq, pediatr müayinələrindən keçirilmişdir. Aksiyanın müvafiq tədbirlər planına əsasən növbəlilik prinsipi ilə rayonun digər kəndlərində də keçirilməsi nəzərdə tutulmuşdur.

  • Quba rayonunun dağlıq hissələrinə leysan tipl...

    Quba rayonunun dağlıq hissələrinə leysan tipli yağış yağmışdır.

    2017-08-10

    10 avqust 2017-ci il tarixdə saat 16:00 radələrində təxminən 30 dəqiqə ərzində Quba rayonunun dağlıq hissələrinə leysan tipli yağış yağmışdır. Yağış nəticəsində çaylarda, dərələrdə sel yaranmışdır. Sel suları Quba-Xınalıq yolunun 36-cı və 42-ci kilometrliklərində yola torpaq kütləsi yığmış, yol bağlanmışdır. Yolun açılması üçün texnikalar səfərbər olunmuş, gecə saat 00:20 radələrində yolun açılmasına nail olunmuşdur.

  • Rayonda qanvermə aksiyası keçirilmişdir.

    Rayonda qanvermə aksiyası keçirilmişdir.

    2017-08-09

    09 avqust 2017-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Quba bölməsində irsi qan xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə qanvermə aksiyası keçirilmişdir. Aksiyada rayon sakinləri fəal iştirak etmişlər.

  • Quba rayonunda kənd təsərrüfatının inkişaf...

    Quba rayonunda kənd təsərrüfatının inkişafı ilə əlaqədar RİH başçısı yanında Şuranın iclası

    2017-08-08

    08 avqust 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin iclas zalında “Quba rayonunda kənd təsərrüfatının inkişafı və yeni salınmış fındıq bağlarının vəziyyəti” barədə RİH başçısı yanında Şuranın iclası keçirilmişdir.

Foto qalereya