Şriftin ölçüsü :

Saytın rəngi :

19 yanvar 2016-cı il tarixdə Heydər Əliyev mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar ümumrayon konfransı keçirilmişdir.

19 yanvar 2016 | 16:00

19 yanvar 2016-cı il tarixdə Heydər Əliyev mərkəzində Qanlı 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar şəhidlərin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbir 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə bir dəqiqəlik süküt ilə başlamışdır. Tədbirdə çıxış edənlər 1990-cı ilin yanvarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı Sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışmış və faciənin xalqımızın tarixinə bir qəhrəmanlıq səhifəsi kimi yazıldığını və öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daima yaşayacağını vurğulamışlar.

Keçidlər