Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayonunun Qamqam kəndinə təbii qaz verilib.

08 fevral 2017 | 16:00

08 fevral 2017-ci il tarixdə Quba rayonunun Qam-qam kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
296 abonenti olan Quba rayonunun Qamqam kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 215 metr müxtəlif diametrli polietilen, həmçinin ümumi uzunluğu 22 258,5 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 296 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Keçidlər