Əziz qubalılar, Məlum olduğu kimi 19 yanvar 2021-ci il tarixdən etibarən ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vaksinləşmə prosesi başlamışdır. Bu gündən yəni 08 fevral 2021-ci il tarixdən başlayaraq yaşı 65 və 65-dən yuxarı olan əhalimizə bu qorxulu xəstəliyə qarşı peyvəndlərin vurulmasına başlanmışdır. Peyvəndlənmə tamamilə pulsuzdur, dövlət hesabına həyata keçirilir. Vaksinasiya Quba Rayon Mərkəzi Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsində yaradılmış vaksinasiya məntəqəsində aparılır.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək
-Cənab Prezident, ilk növbədə, müsahibəyə vaxt ayırdığınıza görə Sizə minnətdarlığımızı ifadə edirik. İlk sualım açılışını etdiyiniz bu səhiyyə ocağı ilə bağlı təəssüratlarınız barədə olacaq. Necədir təəssüratlarınız?
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin və bir sıra idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videomüşavirə keçirmişdir.
28 yanvar 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Alpan kəndində “Şəhidlərin xatirə kompleksi”nin yaradılacağı əraziyə baxış keçirmiş, şəhid ailələri və kənd ictimaiyyətinin nümayəndələri ilə məsləhətləşmələr aparmış, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
21 yanvar 2021-ci il tarixində Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu imzalanıb.
Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır;
Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident cənab İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə hələ regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioretitet istiqamətlərindən biri kimi seçilmişdi. Bu siyasət sonrakı illər də davam etdirilmiş, 2014-cü il Azərbaycanda “sənaye ili” elan edilmişdi. Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir. Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib.
20 yanvar 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar 20 Yanvar şəhidlərinin, Birinci Qarabağ müharibəsi şəhidlərinin və Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmişdir.
Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 14-də Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli - Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm bir layihədir. Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş Füzuli - Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər. Şuşaya çəkilən yol geniş və yüksək keyfiyyətli olacaq. İndiki vəziyyətdə işğaldan azad olunmuş rayonlarda aeroportların inşası vacibdir, çünki insanları operativ şəkildə ora aparmağa ehtiyac yaranır.
Yanvarın 11-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub. 10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin iştirakı ilə Quba şəhərinin adsız küçələrinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun, Quba rayonundan olan Vətən Müharibəsi Qəhrəmanları Şahin Allahyarov və Mehrab Niftəliyevin, eləcə də Quba şəhərindən olan Vətən Müharibəsi şəhidlərinin adının verilməsi ilə bağlı lövhələr vurulmuşdur.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə İkinci Qarabağ müharibəsində yaralanmış daha bir qrup qubalı döyüşçüləri ziyarət edərək onlara düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik etmiş və sovqatlar təqdim etmişdir. Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən dövlət qayğısı barədə geniş danışmışdır.
12 yanvar 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Quba şəhərində adsız küçələrə şəhidlərimizin adlarının verilməsi ilə əlaqədar rayonda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının səlahiyyətli şəxslərinin iştirakı ilə videomüşavirə keçirmışdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunan müşavirdə yekun nitqi.
9 yanvar 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Bağbanlı qəsəbəsi 16 saylı körpələr evi-uşaq bağçasının binasında aparılan təmir işləri ilə yerində tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir.
8 yanvar 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Quba şəhərinin ən böyük yaşayış massivlərindən biri olan, “Aeroport ərazisi” adlanan, hazirki 32-33 -cü məhəllədəki küçələrin yollarında görülən işlərlə yerində tanış olmuş, aidiyyati şəxslərə lazımı tapşırıq və tövsiyyələrini vermişdir.
Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.
Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.
Quba şəhərinin ən böyük yaşayış massivlərindən biri olan, “Aeroport ərazisi” adlanan, hazirki 32-33-cü məhəllədəki küçələrin yollarında geniş miqyaslı yenidənqurma və asfaltlaşdırma işlərinə start verilmişdir. Hazırda adı çəkilən yaşayış massivində 22 küçə mövcuddur. Küçələrin ümumi uzunluğu isə 16 kilometrdən çoxdur. 6 yanvar 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev görülən işlərlə yerində tanış olmuş, aidiyyati şəxslərə lazımı tapşırıq və tövsiyyələrini vermişdir. Qeyd etmək lazımdır ki, göstərilən ərazidə təxminən 40 ilə yaxındır ki, əhalinin məskunlaşması başlamışdır. Burada 1000-ə yaxın yaşayış evi vardır. Uzun illər ərazidə əhali yollarının narahatlığı səbəbindən müəyyən problemlərlə rastlaşırdılar. Yaxın vaxtlarda ərazidəki bütün küçələrin asfaltlanması işlərinin başa çatdırılması nəzərdə tutulur.
31 dekabr 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev şəhid baş gizir, “Vətən Müharibəsi Qəhrəmanı” Allahyarov Şahin Hüseynbala oğlunun yenicə dünyaya gəlmiş oğlu, körpə Şahinin və şəhidimizin həyat yoldaşı Allahyarova Kəmalə Ağaşirin qızını xəstəxanada zəyarət etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev körpə Şahinin dünyaya gəlməsi münasibətilə onun əzizlərinə təbriklərinin çatdırmış və onun da atası kimi Vətənə layiqli övlad olacağına əminliyini bildirmişdir. Sonda Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev körpə Şahinin anasına hədiyyələr təqdim etmişdir.
29 dekabr 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə İkinci Qarabağ müharibəsində yaralanmış daha bir qrup qubalı döyüşçüləri ziyarət edərək onlara düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik etmiş və sovqatlar təqdim etmişdir. Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən dövlət qayğısı barədə geniş danışmışdır.
28 dekabr 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə İkinci Qarabağ müharibəsində yaralanmış daha bir qrup qubalı döyüşçüləri ziyarət edərək onlara düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik etmiş və sovqatlar təqdim etmişdir. Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən dövlət qayğısı barədə geniş danışmışdır.
26 dekabr 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə İkinci Qarabağ müharibəsində yaralanmış daha bir qrup qubalı döyüşçüləri ziyarət edərək onlara düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik etmiş və sovqatlar təqdim etmişdir. Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən dövlət qayğısı barədə geniş danışmışdır.
25 dekabr 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə İkinci Qarabağ müharibəsində yaralanmış daha bir qrup qubalı döyüşçüləri ziyarət edərək onlara düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik etmiş və sovqatlar təqdim etmişdir. Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən dövlət qayğısı barədə geniş danışmışdır.