Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbirlər keçirilmişdir.

08 iyun 2017 | 16:00

08 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə saat 11:00-da Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda,  saat 13:00-da Quba şəhər mədəniyyət mərkəzinin dəyirmi masa zalında “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda mühazirələr keçirilmişdir.  Tədbirlərdə AMEA-nın həqiqi üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu və  Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Keçidlər