Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir

11 oktyabr 2017 | 16:00

     11 oktyabr 2017-ci il tarixdə saat 11:00-da Quba Rayon İcra Hakimiyyətinin iclas zalında Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın  icrası ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi Anar Tahirov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Hüseynzadə, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvləri Şahin İsmayılov, Radif Allahverdiyev, rayondakı hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər, tələbələr, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Keçidlər