Şriftin ölçüsü :

Saytın rəngi :

Quba şəhərində “Şəhadət” filmi nümayiş etdirilib

25 oktyabr 2017 | 16:00

Quba şəhərində “Şəhadət” filmi nümayiş etdirilib

      25 oktyabr 2017-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə Quba şəhəri Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzində “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.
     Tədbirdə Quba RİH-nin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba rayon Ağsaqqallar şurasının sədri Həsən Günəşli, İnsan Hüquqları üzrə müvəkkilin (Ombudsman) Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, müəllimlər, rayon ağsaqqalları, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
     Quba RİH-nin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxış edərək dini biliyi az olan gənclərin aldanaraq radikal qrupların əlində alətə çevirildiyini, daha sonra isə onlardan müharibə ocaqlarında başqa məqsədlər üçün istifadə edildiyini diqqətə çatdırıb. Natiq qeyd edib ki, ölkəni müxtəlif yollarla, ailələrini aldadaraq tərk edən gənclər Suriya və digər müharibə gedən ölkələrə çatan kimi peşimançılıq hissi keçirir və aldandıqlarını dərk edirlər. Lakin, bu olduqca gec olur və onların həyatlarının məhv olması ilə sona çatır.
      DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycan dünyada tolerantlıq və multikultural dəyərlər baxımından irəlidə addımlayan ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması və bu il çərçivəsində təkcə yerli səviyyədə deyil, beynəlxalq aləmdə həyata keçirilən tədbirlər, Azərbaycanın ortaya qoyduğu həmrəylik prinsipləri dünya dövlətlərinin bir mənalı şəkildə diqqətini özünə çəkir.
     Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Keçidlər