Şriftin ölçüsü :

Saytın rəngi :

Quba şəhər 2 saylı təbiət fənnlər təmayüllü məktəb-liseydə Azərbaycanın görkəmli maarifçisi, alim və ədibi olan A.A.Bakıxanovun və polyak alimi N. Kopernikin barelyeflərinin açılışına həsr olunmuş tədbir keçirilmişdir.

26 oktyabr 2017 | 16:00

     26 oktyabr 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə A.Məmmədov adına Quba şəhər 2 saylı təbiət fənnlər təmayüllü məktəb-liseydə Azərbaycanın görkəmli maarifçisi, alim və ədibi  olan A.A.Bakıxanovun və polyak alimi N. Kopernikin barelyeflərinin açılışına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Quba RİH başçısı Yaşar Məmmədov, Polşa Respublikasından gələn qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
     Məktəblilərin beş dildə - azərbaycan, rus, ingilis, fransız və polyak dillərində qonaqları salamlaması ilə başlayan  tədbir uşaqların ifasında müxtəlif musiqi nömrələri ilə davam etmişdir.
     Daha sonra rayon rəsmiləri, qonaqlar və ictimaiyyət nümayəndələri  məktəblilərin A.A.Bakıxanova və N.Kopernikə həsr etdikləri rəsmləri, eləcə də müxtəlif əl işlərinin sərgisi ilə tanış olmuşlar.
     Tədbirin rəsmi hissəsində RİH başçısı Y.Məmmədov və Lubelski povyatının starostası Paweł Pikula Azərbaycan və Polşa respublikaları arasındakı dostluq əlaqələrindən danışmışmışlar.
     İki böyük mütəffəkkirin  xatirəsinə həsr olunmuş barelyefin  açılış mərasimindən sonra Polşada keçirilən A.A.Bakıxanova və N.Kopernikə həsr olunmuş dostluq görüşündən, eləcədə Qubanın tarixindən, müasir inkişafından bəhs edən video-çarx nümayiş olunmuşdur.

Keçidlər