Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” ilə əlaqədar “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda dəyirmi masa keçirilmişdir.

27 oktyabr 2017 | 16:00

     27 oktyabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” ilə əlaqədar “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda dəyirmi masa keçirilmişdir.
     Dəyirmi masada Heydər Əliyev Mərkəzinin direktoru E.Orucova “ Uşaqlar bizim gələcəyimizdir” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Uşaq Hüquqları Konvensiyası – 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir.Uşaq Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Həyata keçirilən “Uşaq hüquqları aylığı” uşaq hüquqlarının qorunmasını, uşaqlara diqqətin artırılmasına və uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə yönəldilən bir tədbirdir. Uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini daşıyır.
     Dəyirmi masada RİH başçısı yanında YYÇİ və HM üzrə komissiyanın məsul katibi K.Məmmədova çıxış edərək rayonda uşaq hüquqlarının qorunması, uşaqlara göstərilən diqqət və qayğı, rayonda uşaqların qazandığı uğurlar və qarşıda duran vəzifələr haqqında geniş məlumat verdi.
     Tədbirdə iştirak edən müəllim və şagirdlər çıxış edərək uşaqların təhsil, inkişaf, müdafiə və yaşamaq hüquqları ilə bağlı fikirlərini bildirdilər.

Keçidlər