Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Mərkəzində gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə çağırışyaşlı gənclərin iştirakı ilə mədəni-kütləvi tədbir keçirilmişdir.

27 oktyabr 2017 | 16:00

     27 oktyabr 2017-ci il tarixdə Gənclər Mərkəzində gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə çağırışyaşlı gənclərin iştirakı ilə mədəni-kütləvi tədbir keçirilmişdir.
     Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Quba Rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abidov, Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli iştirak etmişdir.
      Çağırışyaşlı gənclərin, tələbələrin, yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə çıxış edən gənclər – şəhər 7 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Vüqar Dadaşov, şəhər 6 saylı tam orta məktəbinin 11-ci sinif şagirdi Naib Beydullayev, ADPU-nin Quba filialının IV kurs tələbəsi Rüfət İsbatov Azərbaycanda ordu quruculuğunda aparılan uğurlu islahatlardan, danışmış, aprel döyüşlərinin bir daha ordumuzun geücünün və qüdrətinin sübutu olduğunu bildirmiş, gələcəyin əsgərləri kimi daim vətənini müdafiəsi üçün Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hər an hazır olduqlarını bildirmişlər.
      Tədbir paytaxtdan gələn gənc ifaçıların konsert proqramı ilə başa çatmışdır.

Keçidlər