Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir.

07 noyabr 2017 | 16:00

     07 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar Rayon İcra Hakimiyyətində elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə  açan RİH başçısı Yaşar Məmmədov  Dövlət Bayrağı Gününün və Azərbaycan Respublikasının Konstitusiya Gününün respublikamızda yüksək təntənə ilə qeyd olunduğunu bildirmiş və bu əlamətdar  bayramların təsis olunması tarixlərindən danışaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.

      Bu bayram möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixdə imzaladığı Sərəncama əsasən təsis olunmuşdur və artıq səkkiz ildir geniş miqyasda bayram edilir.
    Bu gün biz həmçinin müstəqil Azərbaycan Respublikasının və xalqımızın tarixində ən əlamətdar günlərdən biri, müəllifi Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin olduğu Əsas Qanunumuz - Konstitusiyamızın qəbul edildiyi 12 Noyabr gününün 22 illiyi ərəfəsindəyik.
    1995-ci il noyabr ayının 12-də müstəqil respublikamızda həm ilk parlament seçkiləri, həm də ölkə Konstitusiyasının layihəsi ilə əlaqədar ümumxalq səsverməsi - referendum keçirildi.
   Ümumxalq səsverməsinin nəticəsində beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən Konstitusiya layihəsi əksər səs çoxluğu ilə qəbul edildi.”
     Çıxışının sonunda  RİH başçısı rayon ictimaiyyətini hər iki bayram münasibəti ilə təbrik edərək demişdir: “Bir daha rayonumuzun bütün sakinlərini əlamətdar bayramlarımız münasibətilə səmimi qəlbdən təbrik edirik. İnanırıq ki, müstəqil Azərbaycanımız Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən siyasi kurs nəticəsində gələcəkdə daha böyük tarixi uğurlara imza atacaq, müstəqil dövlətimiz durmadan möhkəmlənəcək və qüdrəti daha da artacaqdır. Bunun üçün də hər bir ölkə vətəndaşı möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşməli, öz səylərini əsirgəməməlidir.”

       Konfransda Quba rayon prokuroru Valeh Səmədov, “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımov, Quba şəhər 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin tarix müəllimi Ülviyyə Möhbalıyeva çıxış etmişlər.

Keçidlər