Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

08 noyabr 2017 | 16:00

     08 noyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar yeni istifadəyə verilmiş “Şahdağ” otelində Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının təşkilatçılığı ilə tədbir keçirilmişdir.
     Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Millət vəkili Yevda Abramov, Azərbaycan Respublikası Təbii sərvətlər və Ekologiya Nazirinin müavini Firdovsi Əliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
    Tədbirdə Yeni Azərbaycan Partiyasının yaranma tarixi və keçdiyi şərəfli yol haqqında ətraflı məruzə və cıxışlar edilmişdir.
     Daha sonra partiyanın işində fəallıq göstərmiş bir qrup partiya üzvü fəxri fərman və hədiyyələrlə təltif olunmuş, partiya sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələr verilmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi Mürsəlova Nəcibə Rza qızına Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən aylıq təqaüd kartı təqdim edilmişdir.

Keçidlər