Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiya çərçivəsində Respublikamızın doqquz bölgəsindən olan məktəblilər Quba rayonuna səfər ediblər.

11 noyabr 2017 | 16:00

      Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə keçirilən “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiya çərçivəsində Respublikamızın doqquz bölgəsindən olan məktəblilər Quba rayonuna səfər ediblər.
     11 noyabr 2017-ci il tarixdə Quba rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında qarşılanan tur-aksiya iştirakçıları daha sonra Quba rayon Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə tanış olublar.
     14 noyabr 2017-ci il tarixədək davam edəcək tur aksiyanın proqramına əsasən məktəblilər Qubada olduqları müddətdə rayonun tarix və memarlıq eləcə də təbiət abidələri ilə tanış olacaq, Cümə məscidi, Qırmızı Qəsəbə, Soyqırım Memorial kompleksi, Xalçaçılıq emalatxanası, Tağlı Körpünü ziyarət edəcəklər.
    Tur iştirakçıları, həmçinin Quba-Xınalıq yolundakı şəlaləyə və "Rixos" Quba mehmanxana kompleksinə səyahət edəcəklər.

Keçidlər