Şriftin ölçüsü :

Saytın rəngi :

İsveçdə fəaliyyət göstərən dini icma üzvlərindən ibarət nümayəndə heyəti Quba rayonuna səfər etmişdir.

29 noyabr 2017 | 16:00

       29 noyabr 2017-ci il tarixdə İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri cənab Ake Qoransonun rəhbərliyi ilə həmin ölkədə fəaliyyət göstərən dini icma üzvlərindən ibarət nümayəndə heyəti Quba rayonuna səfər etmişdir. Nümayəndə heyətinin tərkibində İsveç dinlərarası şurasının layihə müdiri cənab Elias Karlberq, İsveçdə Kilsə Birliyinin vitse-prezidenti xanım Sofiya Kamnerin, İsveç Kilsəsinin dinlərarası məsələlər üzrə koordinatoru cənab Peter Lööv Roos, İsveç Yəhudi Mərkəzi İdarəsinin nümayəndəsi xanım Nava Berqman, İbn Rüşd Tədqiqat Assosiasiyasının direktoru cənab Omar Mustafa, İsveç Müsəlman Assosiasiyasının sədri cənab Tahir Akan, Sensus Tədqiqat Assosiasiyasının direktoru cənab Ann-Katrin Person, İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin kuratoru cənab Qustaf Vinstarnd rayonumuza gəlmişdir. Qonaqları İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersman, Səfirliyin Müvəqqəti işlər vəkili cənab Kristian Kamil, Ticarət və Mədəniyyət məsələləri katibi cənab Sirus Rüstəmov müşayiət etmişdir. Qonaqlar Qırmızı Qəsəbədə “Giləki” və “Altı gümbəz” sineqoqlarında olmuş, daha sonra Quba Soyqırım Memorial Kompleksini ziyarət etmişlər.

Keçidlər