Şriftin ölçüsü :

Saytın rəngi :

Quba-Qusar özünümüdafiə batalyonunun yaranmasının 25 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

27 dekabr 2017 | 16:00

     27 dekabr 2017-ci il tarixdə Quba bələdiyyəsinin akt zalında Quba Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Quba rayon bölməsi ilə birgə 23 saylı Quba-Qusar özünümüdafiə batalyonunun yaranmasının 25 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Hikmət Yasinov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin birinci müavini Kamil Şirinov, Birliyin Nəzarət təftiş komissiyasının sədri Niyazi Quliyev, Birliyin Quba rayon bölməsinin rəhbəri İsmayıl Babayev, Qarabağ Müharibəsi iştirakçıları, batalyonun şəxsi heyəti iştirak etmişdir.

Keçidlər