Şriftin ölçüsü :

Saytın rəngi :

Quba RİH-in təşkilatçılığı ilə Quba “ASAN Həyat” Kompleksində Zərdabi qəsəbə VHM uşaqlar üçün internat məktəbində təhsil alan və Quba şəhərindəki ümumtəhsil məktəblərində aztəminatlı ailələrdən olan şagirdlər üçün bayram tədbiri təşkil edilmişdir.

29 dekabr 2017 | 16:00

      31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramları münasibətilə 29 dekabr 2017-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Quba “ASAN Həyat” Kompleksində Zərdabi qəsəbə Valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbində təhsil alan və Quba şəhərindəki ümumtəhsil məktəblərində aztəminatlı ailələrdən olan şagirdlər üçün bayram tədbiri təşkil edilmişdir. Tədbirdə RİH-in başçısı cənab Ziyəddin Əliyev azyaşlıları təbrik etmiş, onlara hədiyyələr paylanılmış və ardınca Quba “ASAN Həyat” Kompleksindəki Kinoklubda uşaqlar üçün cizgi filmi və film nümayiş etdirilmişdir.

Keçidlər