Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

08 yanvar 2018 | 16:00

   

      08 yanvar 2018-ci il tarixdə Talabıqışlaq kənd tam orta məktəb binasında Rayon İcra Hakimiyyəti başçısının Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatların rəhbərləri, kənd sakinləri iştirak etmişlər. Yığıncaqda RİHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi Xanlar Heybətovun hesabat məruzəsi dinlənilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində aidiyyəti şəxslərə müvafiq təlimat və tapşırıqlarını vermişdir. Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat məruzəsini qənaətbəxş hesab edilmiş, qərar layihəsi qəbul olunmuşdur.

Keçidlər