Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar Quba şəhərində kütləvi yürüş, Quba Soyqırım Memorial Kompleksində abidənin ziyarəti və Kompleksin zalında “Soyqırımların dərsləri” mövzusunda respublika elmi konfransı təşkil olunmuşdur.

31 mart 2018 | 16:00

31 mart 2018-ci il tarixdə Quba rayonunda Azərbaycanlıların Soyqırımının 100 illiyinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Anım tədbirində cənab Prezidentin tapşırığına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə yaradılmış komissiyanın sədri, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Əli Həsənov, komissiyanın üzvləri, Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Akademiyanın institut direktorları, professor və əməkdaşları, Türk Tarix Qurumu Erməni Araşdırmaları Mərkəzinin başqanı Kemal Çiçək, Respublikamızdakı dini konfessiyaların rəhbərləri, Prezident Administrasiyası, Milli Məclis, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Memarlar İttifaqı, Dünya azərbaycanlılarının mədəniyyət mərkəzi və Qeyri-Hökumət Təşkilatlarından nümayəndələr, Türkiyə və Küveytin ölkəmizdəki səfirləri, rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, 2000 nəfərə yaxın rayon sakini və respublikamızın müxtəlif bölgələrindən gələn qonaqlar iştirak etmişdir.
Tədbir iştirakçılarının bir qismi saat 10:30-da Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Daha sonra şüarlarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının qarşısından Quba şəhərində “Soyqırımı memorial kompleksi”nə qədər 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı yürüş təşkil olunmuşdur. “Soyqırımı memorial kompleksi”ndə soyqırımı qurbanlarının dəfn olunduğu məzarlığın üzərində ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyulmuş, dini konfessiya nümayəndələri tərəfindən dualar oxunmuşdur.
Saat 12:00-da “Soyqırımı memorial kompleksi”ndə “Soyqırımların dərsləri” mövzusunda respublika elmi konfransı keçirilmişdir. Konfransdan əvvəl  “1918-ci ilin mart soyqırımı Belarus fotoqrafı Lev Daşkeviçin gözləri ilə” adlı foto-sərgi və azərbaycanlıların soyqırımına həsr edilmiş kitab sərgisi təşkil edilmiş, konfransın açılışından sonra “Quba Soyqırımı” filmi nümayiş olunmuşdur. Konfransda Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Məclisin deputatı Yevda Abramov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, Türk Tarix Qurumu Erməni Araşdırmaları Mərkəzinin başqanı Kemal Çiçək, Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi çıxış etmişdir.

Keçidlər