Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Qubada silsilə tədbirlər keçirilmişdir.

20 yanvar 2019 | 16:00

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Qubada silsilə tədbirlər keçirilmişdir. 20 yanvar 2019-cu il tarixdə Quba şəhərindəki Şəhidlər Xiyabanı rayon ictimaiyyəti tərəfindən ziyarət olunmuş, daha sonra isə Quba şəhər qəbirstanlığında dəfn edilmiş 20 Yanvar şəhidi Raqib Hüseynovun, ardınca isə Küçeyi kənd qəbirstanlığında dəfn edilmiş 20 Yanvar şəhidi Elçin Qeybullayevin məzarları ziyarət olunmuşdur.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, nəqliyyat vasitələrinin hərəkəti dayandırılmış, bütün nəqliyyat vasitələri tərəfindən səs siqnalları verilmiş, hüzn əlaməti olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında Azərbaycan Respublikasının Dövlət bayraqları endirilmişdir.

Keçidlər