Şriftin ölçüsü :

Saytın rəngi :

15 avqust 2019-cu il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən rayonun Qalayxudat kəndində vətəndaşların səyyar qəbulu keçirilmişdir.

15 avqust 2019 | 16:00

15 avqust 2019-cu il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən rayonun Qalayxudat kəndində vətəndaşların səyyar qəbulu keçirilmişdir.
Səyyar qəbulda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi cənab Habil Əzənmədov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak etmişlər.
Qəbul zamanı əhalini maraqlandıran məsələlər ətraflı dinlənilmiş, bir sıra məsələlərin həlli ilə bağlı yerindəcə aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilmiş, digər məsələlərlə bağlı isə müvafiq dövlət qurumlarına müraciət edilməsi qərara alınmışdır.
Qəbulda rayonun digər yaşayış məntəqələri kimi Qalayxudat kəndinin də sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tezliklə müvafiq tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir.

Keçidlər