Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev İsrailin bir sıra şəhərlərinin rəsmi təmsilçilərini və diaspor nümayəndələrini qəbul etmişdir.

03 oktyabr 2019 | 16:00

03 oktyabr 2019-cu il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev İsrailin bir sıra şəhərlərinin rəsmi təmsilçilərini və diaspor nümayəndələrini qəbul etmişdir. Görüş zamanı qonaqlara Quba rayonu haqqında geniş məlumat verilmiş, ətraflı fikir mübadiləsi aparılmışdır. Daha sonra isə Azərbaycan Respublikasının Quba şəhəri ilə İsrail Dövlətinin Maalot-Tarşiha şəhərləri arasında qardaşlaşmış şəhərlər əlaqələrinin yaradılması barədə Saziş imzalanmışdır.
Rayona səfərləri çərçivəsində qonaqlar Quba Soyqırım Memorial Kompleksini ziyarət etmiş və Qırmızı Qəsəbədə olmuşlar.

Keçidlər