Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”, “Azərbaycan Respublikasının Konstitusiya Günü” və Quba şəhərindəki 28 May Mədəniyyət və İstirahət parkının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibəti ilə tədbir keçirilmişdir.

08 noyabr 2019 | 16:00

08 noyabr 2019-cu il tarixdə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”, “Azərbaycan Respublikasının Konstitusiya Günü” və Quba şəhərindəki 28 May Mədəniyyət və İstirahət parkının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbir Quba şəhərindəki Nizami adına Mədəniyyət və İstirahət parkının qarşısından “Dövlət Bayrağı Günü”nə həsr olunmuş yürüşlə başlanmış, daha sonra isə 28 May parkında rəsmi hissə, rəngarəng sərgi və kompozisiyaların nümayişi və maraqlı konsert proqramı ilə davam etmişdir.

Keçidlər