Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətində idarə, müəssisə, təşkilat rəhbərlərinin, sahibkarların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş yığıncaq təşkil olunmuşdur.

28 fevral 2020 | 16:00

       28 fevral 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətində idarə, müəssisə, təşkilat rəhbərlərinin, sahibkarların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 3 fevral 2020-ci il tarixdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının birinci ilinin yekunları ilə əlaqədar keçirilmiş konfransdan irəli gələn vəzifələrin icrasına həsr olunmuş geniş yığıncaq təşkil olunmuş, bir sıra vacib məsələlər ətraflı müzakirə edilmiş, gələcəkdə görüləcək işlər müəyyənləşdirilmiş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələr verilmişdir.

Keçidlər