Şriftin ölçüsü :

Saytın rəngi :

Koronovirusla Mübarizəyə Dəstək Fondunun rəsmi saytı fəaliyyətə başlamışdır.

25 mart 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.
Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna İanə etmək istəyənlər qeyd edilən linkə daxil ola bilərlər.
http://covid19fund.gov.az/az/

Keçidlər