Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun bir sıra idarə, müəssisə, təşkilatlarının rəhbərləri, o cümlədən RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videobağlantı vasitəsilə növbəti müşavirə keçirmişdir.

04 may 2020 | 16:00

   04 may 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun bir sıra idarə, müəssisə, təşkilatlarının rəhbərləri, o cümlədən RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videobağlantı vasitəsilə növbəti müşavirə keçirmişdir. Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin və RİHB aparatının müvafiq şöbələrinin müdirlərinin də iştirak etdiyi müşavirədə xüsusi karantin rejimi dövründə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunmuş, aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilmişdir.

Keçidlər