Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun digər rəhbər şəxsləri ilə birlikdə faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 1941-1945 - ci illər Böyük Vətən müharibəsi veteranlarını ziyarət etmişdir.

06 may 2020 | 16:00

      06 may 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun digər rəhbər şəxsləri ilə birlikdə faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 1941-1945 - ci illər Böyük Vətən müharibəsi veteranları olan Quba şəhər sakini Tahirov Tahir Hacıbala oğlunun, Digah kənd sakini Rüstəmova Lidiya Antonovnanın və Xanəgah kənd sakini Kazımov Yunus Məmmədağa oğlunun ailələrində olmuş, Rayon İcra Hakimiyyətinin başçısı onlarla ətraflı və səmimi söhbət aparmış, problemləri ilə maraqlanmış, daha sonra isə veteranlara yubiley medalları və qiymətli hədiyyələr təqdim etmişdir.
Məlumat üçün bildiririk ki, müharibəyə 9 min 800 nəfər qubalı getmiş, onlardan da 6 min 600 nəfəri həlak olmuş və ya itkin düşmüşdür.

Keçidlər