Şriftin ölçüsü :

Saytın rəngi :

Dünyanın 130-dan çox dövləti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi.

30 iyun 2020 | 16:00

Bütün dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılmaqdadır. Qoşulmama Hərəkatının sədri kimi möhtərəm prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərərkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edilmiş, görüşdə Qoşulmama Hərəkatına  üzv dövlətlərlə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etmişdir. Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı möhtərəm Prezidentimiz cənab İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüş, BMT-yə üzv olan 130-a qədər dövlət tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda möhtərəm Prezidentimizin təşəbbüsü dəstəklənmişdir. Bu eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dünya dövlətləri tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsün vaxtında verilmiş və çox ehtiyac duyulan qərar olduğu vurğulanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü bir daha rüsvay etmiş, bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının Xüsusi sessiyası pandemiyaya qarşı beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı dünya miqyasında cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir.

Keçidlər