Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin nəzərinə!

02 iyul 2020 | 16:00

Sizlərin hər birinizi koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməyə, ictimai yerlərdə sosial məsafəni (insanlar arasında 1,5-2 metr məsafə olmalıdır) gözləməyə, tənəffüs yollarını qoruyan vasitələrdən (tibbi maska, parça maska,  respirator və s.) tələb olunan qaydalara uyğun şəkildə istifadə etməyə, gigiyenik normalara əməl etməyə, dezinfeksiyaedici vasitələrlə mütəmadi olaraq əllərinizi yumağa çağırırıq.
Qeyd olunan qaydalara hər yerdə - evdə, ictimai yerlərdə, bütün ticarət və ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, bazarlarda, xidmət sahələrində daim əməl edilməlidir.
 Nəzərinizə çatdırırıq ki, xüsusi karantin rejiminin tələblərinə əsasən mədəni-kütləvi tədbirlər, toy məclisləri keçirilməməli, dəfn mərasimləri (məhdud sayda vətəndaşın iştirakı ilə) istisna olmaqla, yas mərasimlərinin keçirilməsi də qadağan olunmuşdur.
  Özümüzün, ailəmizin, yaxınlarımızın, ümumilikdə cəmiyyətimizin sağlamlığı naminə hər kəsi yuxarıda sadalanan tələblərə və qaydalara riayət etməyə çağırırıq.
  Yüksək anlayışınıza və əsil vətəndaş məsuliyyətinizə görə Sizlərə dərin təşəkkürümüzü bildiririk.

Keçidlər