Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayonda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində kompleks tədbirlər davam etdirilməkdədir.

03 iyul 2020 | 16:00

Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayonda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində kompleks tədbirlər davam etdirilməkdədir. Bu məqsədlə Quba şəhərində və rayonun digər bütün yaşayış məntəqələrində əhalinin xüsusi karantin rejiminin tələblərinə əməl etməsi məqsədilə maarifləndirmə və izahat işləri aparılır. Rayon üzrə yaradılmış mobil qruplar tərəfindən reydlər keçirilir. Sosial məsafəyə əməl olunması üçün rayonda əhalinin daha çox toplaşdığı yerlərdə, xüsusilə Kapital Bankın, Beynəlxalq Bankın, Rabitəbankın və digər bankların Quba filiallarının qarşısında, rayon poçtamtının və Quba ASAN Həyat kompleksinin qarşısında Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin təşəbbüsünə və tapşırığına əsasən vətəndaşlar üçün sosial məsafə tələblərinə uyğun olaraq oturacaqlar qoyulmuşdur.

Keçidlər