Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.

17 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Quba Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir və böyük məsləhətçi vəzifələrinə təyinatlar olub.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin müvafiq əmrləri ilə Şirinov Asəf Xalidşah oğlu şöbə müdiri, Nəcəfov Samir Məzahir oğlu böyük məsləhətçi vəzifəsinə təyin ediliblər.
Şirinov Asəf Xalidşah oğlu 12 noyabr 1978-ci ildə Quba rayonunun Rustov kəndində anadan olub, 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib, 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Vətən müharibəsi başladıqdan sonra 21 sentyabr 2020-ci ildə yenidən ordu sıralarına çağırılıb, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Ehtiyatda olan leytenantdır.
Nəcəfov Samir Məzahir oğlu 07 iyul 1997-ci ildə Quba Rayonunun Çartəpə kəndində anadan olub. 2018-ci ildə Sumqayıt Dövlət Universitetini bitirib. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, 2019-cu ildə ehtiyata buraxılıb. Vətən müharibəsi başladıqdan sonra 21 sentyabr 2020-ci ildə yenidən ordu sıralarına çağırılıb, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Keçidlər