Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayev, Türkiyə Respublikasının Milli Təhsil naziri cənab Ziya Selçuk Quba rayonuna səfər etmişdir.

28 may 2021 | 16:00

28 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayev, Türkiyə Respublikasının Milli Təhsil naziri cənab Ziya Selçuk, Türkiyə Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağçı və Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Şamil Ayrım Quba rayonuna səfər edib. Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev və qonaqlar əvvəlcə rayonumuzun İqrığ kənd qəbiristanlığında 1918-ci ildə Azərbaycana köməyə gələn xilaskar türk ordusunun könüllülərindən olan iki əsgərin məzarını və Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər. Sonra isə Quba şəhərindəki Azərbaycan-Türkiyə Qardaşlıq Parkı ilə tanışlıq olmuşdur. Qubaya səfər çərçivəsində Təhsil Nazirliyinin tabeliyindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyində olan qonaqlar burada yaradılan STEAM mərkəzinin açılışında iştirak etmişlər.

Keçidlər