Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayonunda 27 sentyabr Anım Günü qeyd edilmişdir.

27 sentyabr 2021 | 16:00

7 Sentyabr - Anım Günü ilə əlaqədar rayonun müxtəlif ərazilərində şəhidlərimizin xatirəsinə ağaclar əkilmiş, Quba rayonunun Şəhidlər Xiyabanında  şəhid ailələri və qazilərin iştirakı ilə toplantı keçirilmiş, saat 12:00-da 1 dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilmişdir. Toplantıda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Vahid Əhmədov, Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, şəhid atası Qalib Mikayılov, qazi Əfqan İmaməliyev çıxış etmiş, qazi övladı Şükran İmaməliyev şəhidlər haqqında şeir söyləmişdir.
Gün ərzində Şəhidlər Xiyabanında şəhid məzarları rayonumuzun sakinləri tərəfindən ziyarət edilmişdir.

Keçidlər