Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vətən Müharibəsi Şəhidlərinin il mərasimlərində iştirak etmişdir.

09 oktyabr 2021 | 16:00

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər aidiyyəti şəxslərlə birlikdə Vətən Müharibəsi Şəhidlərinin il mərasimlərində iştirak edirlər.

9 oktyabr 2021-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə Əlibəyqışlaq kəndində şəhid Fətəliyev Səmural Ayaz oğlunun, Bağbanlı kəndində şəhid Aydəmirov Nizami Elçin oğlunun və Timiryazev kəndində şəhid Xələfov Cəmil Fikrət oğlunun il mərasimlərində iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev növbəti günlərdə də rayon üzrə bütün Vətən Müharibəsi şəhidlərinin il mərasimlərində iştirak edəcəkdir.

 

Keçidlər