Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin il mərasimləri keçirilmişdir.

22 oktyabr 2021 | 16:00

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə rayonun Amsarqışlaq kəndində Vətən Müharibəsi şəhidi Mustafayev Ömər Əbdül oğlunun il mərasimində iştirak etmiş, kənddə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə yaradılmaqda olan şəhid Ömər parkında işlərin gedişi ilə tanış olmuşdur. 
Daha sonra isə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev və digər rəsmi şəxslər Aşağı Atuc kəndində Əliyev Həmzə Tərlan oğlunun il mərasimində iştirak etmişdir.

Keçidlər