Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri İbrahimov Əli Bəxtiyar oğlu və Məmmədov Ülvü Vüqar oğlunun xatirəsi anılmışdır.

23 oktyabr 2021 | 16:00

Quba rayonunun İqrığ kəndində Vətən Müharibəsi şəhidi İbrahimov Əli Bəxtiyar oğlunun xatirəsinə yaradılmış “Şəhid Əli bulağı” xatirə kompleksinin açılışına həsr olunmuş mərasim keçirilmişdir.
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
Xatirə kompleksinin açılış mərasimindən sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev və digər rəsmi şəxslər Alekseyevka kəndində Vətən Müharibəsi şəhidi Məmmədov Ülvü Vüqar oğlunun, eləcə də valideynlərinin yaşadığı Qırmızı Qəsəbədə şəhid İbrahimov Əli Bəxtiyar oğlunun il mərasimlərində də iştirak etmişlər.

Keçidlər