Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Amsarqışlaq kəndində aparılan abadlıq işləri ilə tanış olmuşdur.

24 noyabr 2021 | 16:00

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə rayonun Amsarqışlaq kəndində Vətən Müharibəsi şəhidi Mustafayev Ömər Əbdül oğlunun adını daşıyan küçədə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə onun xatirəsinə yaradılmaqda olan parkda aparılan işlərlə tanış olmuş, müvafiq şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev şəhidin atası Əbdül Mustafayevlə də görüşərək onu narahat edən məsələlər barədə ətraflı söhbət aparmış və aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər