Şriftin ölçüsü :

Saytın rəngi :

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür

20 yanvar 2022 | 16:00

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri  və digər məsul şəxslərlə birlikdə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar Quba şəhər qəbirstanlığında dəfn olunmuş 20 yanvar şəhidi Raqib Hüseynovun və digər şəhidlərin məzarlarını, sonra isə rayonun Şəhidlər Xiyabanını ziyarət etmişdir.
Elə həmin gün Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kənd ictimaiyyəti tərəfindən rayonun Küçeyi kənd qəbirstanlığında dəfn olunmuş 20 Yanvar şəhidi Elçin Qeybullayevin məzarı da ziyarət edilmişdir.

Keçidlər