Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında
işlər üzrə Quba Rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin
S İ Y A H I S I
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Quba Rayon İcra Hakimiyyəti (bundan sonra - Rayon İcra Hakimiyyəti) adından aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.
2. Məcəllənin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.
3. Məcəllənin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərən Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.
4. Məcəllənin 413-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.
5. Məcəllənin 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.
6. Məcəllənin 516.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.
7. Məcəllənin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına münasibətdə təqdimatı vermiş:
7.1. Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının birinci müavini, Hüquq şöbəsinin müdiri;
7.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara münasibətdə Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.
8. Məcəllənin 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
8.1. inzibati xətalar haqqında işlər üzrə icraat Rayon İcra Hakimiyyətində aparılarkən Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının birinci müavini, Hüquq şöbəsinin müdiri;
8.2. inzibati xətalar haqqında işlər üzrə icraat yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən aparılarkən Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.