Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz qubalılar və rayonumuzun qonaqları,

06 noyabr 2024 | 16:21

Əziz qubalılar və rayonumuzun qonaqları,

8 noyabr 2024-cü il tarixdə saat 15:00-da Quba Rayon İcra Hakimiyyəti tərəfindən Quba “ASAN xidmət” mərkəzinin kinoklubunun qarşısında Zəfər Günü münasibətilə respublikamızın bir sıra tanınmış incəsənət ustalarının və populyar müğənnilərin iştirak edəcəyi olduqca maraqlı konsert proqramı, konsert proqramından sonra, saat 18:00-da isə “Quba meydanı" mədəniyyət və istirahət parkında tanınmış dijeyin iştirakı ilə bayram şənliyi və olduqca maraqlı şou proqramlar təşkil ediləcəkdir.
Hər birinizi Şanlı Zəfərimizin dördüncü ildönümü münasibətilə ürəkdən təbrik edir, şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayır və Sizləri 8 Noyabr - Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert və şou proqramlara dəvət edirik.

Hörmətlə,
Quba Rayon İcra Hakimiyyəti

Keçidlər