Rayon haqqında
Rayon haqqında
Quba toponiminin etimologiyası (mənşəyi)
A. Hüseynzadə
Yaranması sosial-tarixi və siyasi hadisələrlə, xalqın bütün həyatı ilə sıx bağlı olan toponimlər əvəzedilməz və düzgün tarixi mənbələrdir.
A.V.Superanskayanın dəqiq tərifinə görə “coğrafi adlar çox güman ki, ibtidai həyatın, qab-qacağın, dəmir pulların, sümüklərin və s. qalıqların maddi mədəniyyətidir.”
Etimoloji baxımdan əlçatmaz olan keçmiş əsrlərin dilsiz qalıqları bacarıqla və təcrübəli izah edilsə çoxəsrlik sirlərin açılmasına kömək edə bilər.
Azərbaycan Respublikasının rayon mərkəzlərindən biri olan Quba şəhərinin adı bu vaxta kimi izah edilməmiş coğrafi adlardan biridir.
Bu toponimin etimologiyası hələ XIX əsrin axırında tədqiqatçıların diqqətini özünə cəlb etsə də bununla əlaqədar deyilən fərziyyələr tarixi və dilçilik nöqteyi nəzərindən əsaslandırılmamışdır.
Quba adının izahına ilk cəhd qafqazşünas alim P.K.Uslara məxsusdur. O, Quba adının şəhərin ətrafında axan Qudyalçay adına uyğun olmasını göstərmişdir. P.K.Uslara görə bu toponimin mənası şəhərin coğrafi relyefinə uyğundur, ləzgilərin K-ved "dva" və türklərin "Jal buqora"- sına (təpə sözünə) oxşatmışdır.
Bir qədər sonra K.F.Qan şəhərin qübbəyəbənzər hündürlükdə yerləşdiyindən xalq arasında geniş yayılmış fərziyyəni dəstəklədi və Quba toponiminin ərəb sözü qübbədən (kupol) əmələ gəldiyini şərh etmişdi.
Şəhərin yaranması haqqında xalq əfsanəsində Quba termininin buna oxşar şərhinə rast gəlmək olur. Rəvayətə görə şəhərin bünövrəsini Nadir şah qoymuşdur və şah çadır şəhərciyinin ucaldılmasını əbədiləşdirmək məqsədilə bu şəhəri Qübbə adlandırmışdır.
Bu fərziyyəyə F.Köçərli tərəfdar çıxmışdır.
Hələ XX əsrin 20-ci illərində M.Q.Baharlı bu fərziyyənin elmi əsası olmadığını göstərmişdir. Ancaq son vaxtlar bu sadə fərziyyə yenidən ədəbiyyata daxil olub toponimin axtarışlarında yenilik kimi göstərilir.
Y.Yusifov tamamilə başqa mövqe tərəfdarıdır. Bu termini qafqa-ibero dilləri leksiyasına aid edərək fərz edir ki, Ptolomey tərəfindən xatırlanan alban şəhəri “Xobot” Quba adının prototipidir.
Bu toponimin Şirvan ərazisində ən qədim coğrafi adlardan biri olduğunu nəzərə alaraq, V.Minorski Quba adını Sasani hökmdarının adı ilə bağlı olduğu fikrini irəli sürür və “Qubad” antroponimin qısa forması kimi hesab edirdi. Q.Qeybullayev öz şərhində şəhərin landşaftının xüsusiyyətlərindən nəticə çıxarır. Quba şəhərinin Qudyal-çayın sahilində yerləşdiyinə əsaslanaraq o Quba adının yaranmasını türk sözü “köbə” (sahil) ilə əlaqələndirməyə cəhd göstərir. Beləliklə bu toponimin, yəni Quba adının yaranması haqqında çoxlu sayda müxtəlif xarakterli və bir-birinə zidd olan şərhlər mövcuddur ki, onların düzgünlüyündə şübhə yaradır.
Coğrafi adlar əksər hallarda ayrı-ayrılıqda əmələ gəlmədiyindən bizə elə gəlir ki, onların hər birinin mahiyyətini, areallarını bilmədən başa düşmək olmaz.
Bununla bağlı hər bir halda SSRİ-nin müasir toponimiyasının nöqteyi nəzərindən bu arealı müəyyən etmək vacibdir və həmçinin keçmişin sənədləri əsasında onun variantlarını aşkarlamaq vacibdir. Ancaq bu yol ilə bu və ya digər adın yaranması və inkişafı haqqında düzgün təsəvvür yaratmaq olar.
Həmçinin onun yaranması haqqında mövcud olan hipotezlərə tənqidi yanaşmaq lazımdır.
Respublikanıb müasir xəritəsində Quba toponiminə qohum variantlar vardır.
Qubalı Balaoğlan, Qubaxəlilli coğrafi adları və Qubadərəsi mağarasının adı bizi maraqlandıran toponimlə şübhəsiz əlaqəsi vardır.
Coğrafi xəritələrin diqqətlə öyrənilməsi onu göstərir ki, Quba adı ilə bağlı bizim ölkəmizin müxtəlif rayonlarında bir sıra oykonimlər, oronimlər və gidronimlər mövcuddur.
Biz belə hesab edirik ki, belə mürəkkəb adların Quba-dağ (Krasnovodskinin yaxınlığında yerləşir) və yaxud Quba-səngər (Türkmən körfəzində burun adı) kökündə Quba sözü vardır.
Siyahını tamamlamaq məqsədilə bir sıra oronimləri yada salmaq olar, onların sırasında Karakalpak Muxtar Respublikası ərazisində yerləşən iki Quba-tay: biri Kunqraddan şimal şərqdə, o birisi Mantıqdan cənub-qərbdə yerləşən Quba-santi-bası, Quba-taba, Quba-dayğı, Quba-dalğı, Kabardino Balkar respublikasında yerləşir.
Çox xarakterik hidronimlər mövcuddur. Quba Altay diyarında Katun çayının qolu, Belaya Quba (yəni ağ Quba), duzlu Quba Yeruslan və Torqun çayları vasitəsilə Volqaya axan çaylardır. Voloqdanın şimalında, Kubenskaya gölündə Quba çayı axır. Bu siyahıya bir sıra toponimləri daxil etmək lazımdır: Özbəkistan respublikasının Fərqanə vilayətində Quva və Quvasa, Qazaxıstan respublikasında Quba-tas, Moskva vilayətində Kubinskaya, Kabardino-Balkar respublikasında Quva, Quva-topa və s.
Ölkənin tarixi xəritələrinə müraciət edərək bizi maraqlandıran adın keçmişdə əhatə dairəsini müəyyən dərəcədə bərpa etmək olar. Bu onun (adın) etnik (dilçilik) mənsubiyyətinin təyin etməyə kömək edər və eyni zamanda onun düzgünlüyünü sənədləşdirər, belə ki, toponimiya o zaman etibarlı mənbə sayılır ki, tək yox, geniş yayılmış faktlar olsun.
XX əsrin əvvəlində keçmiş Bakı quberniyasında altı yaşayış məntəqəsi qeydə alınmışdır ki, onların adlarına Quba daxildir, o cümlədən dörd-Qubalı-kənd, iki-Qubalı, Dağıstanda bir Quba qeydə alınmışdır.
XVI əsrin arxiv sənədlərinə əsasən Qarabağ Aranında Quba çayı axırdı. Müasir toponimiyada bu adlar artıq qalmamışdır. “Xudut əl-ələm, İbn Xaukal, Yaqut Xaməvi və başqa tarixi mənbələrdən məlumdur ki, orta əsr Fərqanənin çiçəklənən və mədəni şəhərlərindən biri də Quba şəhəri idi.
Şərq xəlifə ölkələrinin tarixi coğrafi müəllifi Q.Le.Strecin kitaba əlavə olunmuş xəritəsində bu şəhər Andukanın (indiki Əndicanın) cənubi qərbində yerləşmişdi.
B.B.Bartoldun fikrincə Quba müasir yaşayış məntəqəsi Quvanın yerində olmuşdur. Quva Fərqanə vilayətinin eyni adlı rayonun mərkəzidir. Baburun yazılarında Quba şəhərinin yeri demək olar ki, Q.Le Strecin fikirləri ilə üst-üstə düşür.
Məşhur tarixçi Nəsəxi əməyinin davamçısı olan, tərcüməçi Əbu Nasir Əhməd bin Məhəmməd əl-Qubavi (XII əsr) çox güman ki, bu şəhərdə doğulmuşdur. Həmin mənbələrə istinad edərək bu şəhərdən də Quba çayı axırdı.
Monqolların tarixi mənbələrində bizi maraqlandıran coğrafi adlardan Quba sözünün xüsusi variantı türk sözünün birləşməsi ilə qaya (skala) verilmişdir. Belə ki, Çingiz xan haqqında rəvayətdə "Xu - ba - xay - ya", monqolların məxfi dastanında - "Xubaxaya" və Rəşidəddinin tərtib etdiyi "Çingiz xan" dastanında "Quba qaya" söz birləşməsi vardır. Bu üç toponimin hər biri müasir Monqolustanın ərazisində eyni coğrafi adın müxtəlif transkripsiyalı variantlarıdır. Tarixi-coğrafi məlumat bu toponimin yaranması haqqında yuxarıda göstərilmiş hipotezlərin müəllifləri tərəfindən buraxılmış bir sıra faktların aşkarlanmasına imkan verir.
Quba çox qədim və geniş yayılmış coğrafi adlardan biridir. Onun əhatə dairəsi Monqolustandan başlayıb Rusiyanın orta zonasına kimi başlayır, Xəzəryanı vilayətləri daxil etməklə və həmçinin Şirvana və Şimali Qafqaza qədər uzanır.
Hər yerdə öz ilkin formasından fərqli olaraq Quba variantı səslənir, yəni sadəcə b hərfi v ilə əvəz olub ki, bu da türk sistemində dilçiliyin qanunlarına zidd deyil. Həmçinin qeyd etmək lazımdır ki, XVIII əsrin əvvəlində Quba "Şirvan dağlarının lap ətəyində yerləşmişdir", yəni Şah dağın ətəyində yerləşmişdi. Müasir şəhərin yerində isə çayın sahilində Qudyal qalası ucalmışdı. Bu coğrafi ad Şirvan ərazisində çoxdan mövcuddur, özü də iki variantda:
Bir ərəb dilçilik mənbəyində XII əsrdə bu ad Quva kimi qeyd olunmuşdur. Səfəvilər dövrünə aid olan o biri mənbədə Qübbə kimi, ərəbcə isə Quba variantında olmuşdur. Toponimik ədəbiyyatdan məlum olduğu kimi coğrafi mənası heç də həmişə verilmiş coğrafi obyektin xarakterinə uyğun gəlmədiyi halda Quba sözünün yaranması haqqında mövcud olan hər bir mövcud şərhin qəbul edilməməsi üstündə dayanmağa ehtiyac yoxdur. Çox geniş yayılmış qədim Quba topoleksimini genioloji yaxın adlardan ancaq landşaftı əsas tutaraq təcrid edilmiş formada nəzərdən keçirmək çətin ki, özünü doğrultsun və ya düzgün olsun.
Belə ki, "əgər əşyaların təzahür forması və mahiyyəti bilavasitə üst-üstə düşsəydi, onda hər hansı bir elm artıq olardı".
Tutaq ki, Azərbaycan şəhəri Quba Qudyalçayın sahilində yerləşirdi (hərçənd biz artıq bilirik ki, toponim bura XVIII əsrdə gəlmişdir) və yaxud da ki, yaşayış məntəqəsində Qazaxıstanda yerləşən Quba-tasda işıqlı bir daş var idi və məhz bu xüsusiyyətlər sayəsində adı çəkilən adlar yaranmışdır.
Belə olduğu halda bu sıradan olan toponimin yuxarıda sadalanan başqa coğrafi adların yaranmasını necə izah etmək olar ?
Bu fərziyyənin elmi əsası olmadığı tamamilə açıq-aşkar görünür. O tarixin prinsiplərinə ziddir və Altay diyarından Quba hidroniminin etimologiyasını və orta əsr Qarabağın Qaraqalpaq və Qabardin-Balqar respublikasındakı Quba və Quba-santı-başı oronimləri ilə birləşdirməyə imkan vermir. Bu sualın öyrənilməsində dilçiliyin rolunun azaltmaq fikrində deyilir, "toponimik tədqiqat dilçilik tədqiqatı ola bilməz", çünki bizi maraqlandıran hər hansı bir termin konkret dil mühitinin tarixin məhsuludur. Onunla bərabər tarixsiz və onunla bağlı olan sahələrsiz-coğrafiyasız, etnoqrafiyasız və sair hər hansı bir toponimin yaranmasını düzgün müəyyən etmək mümkün deyil.
Quba kimi belə coğrafi adın etimologiyası görünür bu adda olan məlum coğrafi obyektlərə aid olmalıdır. Onun təbii şəraitdən və onu əhatə edən landşafdan asılı olmayaraq: Bu toponimin açılmasında ancaq onun semantikasını nəzərə alaraq nail olmaq çətin ki, bizi düzgün qərara gətirib çıxarar. Belə ki, Quba sözünün leksik mənası yuxarıda göstərilən coğrafi obyektlərin landşafına uyğun gəlmir.
Bizə məlum olan Mahmud Qaşqarinin, Əbu Xəyyanın türk dilli lüğətlərində, V.V.Radlovun tərtib etdiyi rus-qazax lüğətində Quba sifət kimi "qarabəniz", "açıq-qonur", L.S.Budaqovun "açıq-sarı", "boz" rəng mənasında verilir. Azərbaycan dilində demək olar ki, bu sözlə rastlaşmırıq. Öz keçmiş "qonur" mənasını itirərək o yeni məna "vəhşi" mənasını alır və ancaq poeziyada işlənir, o da ancaq bir söz birləşməsində gedir: Quba qaz (dikiy quş). Tamamilə aydındır ki, bu məna variantları heç biri bizi qane edə bilməz.
Bir neçə türk dilli xalqlarda, misal üçün uyğurlarda, balkar və azərbaycanlılarda Quba xüsusi isimdir, hərçənd çox geniş yayılmış toponim bilavasitə antroponimdən əmələ gələ bilməz və geniş arealı da əhatə edə bilməz. Ancaq vasitəli yol ilə antronimə aid ola bilər, yəni etnonimə dəyişmə yolu ilə coğrafi ad ola bilər. Quba sözü etnonim kimi bizə məlumdurmu ?
Bizə məlum olan orta əsr müsəlman yazılı mənbələrində bu adda tayfaya rast gəlinmir. Buna baxmayaraq hələ XIX əsrin 50-ci illərindən rus etnoqrafiya ədəbiyyatında belə etnonim var idi.
1856-cı ildə Kazantser tərəfindən tərtib edilmiş keçmiş Orenburq idarəsinin şərq şöbəsində etnik tayfaların cədvəli üzrə 17 bölmə arasında qıpçaq tayfası kimi Quba sözü də vardır.
Bundan əlavə Şimali Qırğızıstanda çerik-qırğız tayfasında əsas bölgələrdən biri Quba adlanırdı.
Çeriklərin çox hissəsi Çin Xalq Respublikasının Sinsiziyan Uyğur avtonom vilayətində məskunlaşdırılmışdı.
Xüsusilə də bu çerik tayfasının 5 əsas bölgələrindən üçünə aid toru, bay çubak və quba, (hərçənd onların ayrı-ayrı hissələri çeriklərin o biri 2 iri bölgələri ilə birgə) ak çubak və tayçak Rusiyanın ərazisində yaşayırdılar.
Bir halda ki, qıpçaqlar haqqında və onların Orta Asiyanın, Şərqi Avropanın və Qafqazın müxtəlif rayonlarında yaşayışları haqqında böyük və başa düşülən ədəbiyyatı var, bu tayfaların öyrənilən coğrafi adın genişlənmə zonalarında ictimai-siyasi və mədəni yaradıcılıqlarında dayanmağa ehtiyac yoxdur.
Sonda qeyd edək ki, Azərbaycanın müasir coğrafi adların siyahısında əsas yeri antroponimik və etnik mənşəli adlar tutur: bundan əlavə müasir Azərbaycan dilinin Quba dialektində qıpçaq dilinin elementlərinə rast gəlmək olur.
Bütün bunlar bu və ya digər dərəcədə bizim fərziyyənin düzgünlüyündən xəbər verir.
"Sovetskaya türkologiya" jurnalı, 1971-ci il, N-2.