Rayon haqqında
Əhalisi
Quba rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur.
Ərazisi 2,61 min kv.km, 01 yanvar 2024-ci il tarixə əhalisi 170 min 232 nəfərdir. 2009-cu ildə keçirilmiş siyahıyaalınmaya əsasən əhalinin 79,2%-ni azərbaycanlılar, 9,1%-ni tatlar, 5,9%-ni ləzgilər, 1,8%-ni yəhudilər, 1,4%-ni xınalıqlılar, 1,4%-ni türklər, 0,5%-ni qrızlılar və 0,7%-ni digər millətlərin nümayəndələri təşkil edir. 1 şəhər, 7 qəsəbə və 149 kənd vardır. (2 kənddə - Gədik və İbrahimhaput kədnlərində yaşayış yoxdur)
Əhalisinin çoxu (təxminən 76 %) kəndlərdə yaşayır. İri yaşayış məntəqələri Quba şəhəri, Qırmızı Qəsəbə, Qonaqkənd, Zərdabi qəsəbələri, Birinci Nügədi, İkinci Nügədi, Alpan, Alekseyevka, Vladimirovka, Amsar, Digah, Timiryazev, Qəçrəş kəndləridir.