Rayon haqqında
Mədəniyyət
Quba mədəniyyət və turizm
Quba rayonu ərazisində Heydər Əliyev Mərkəzi, A.A.Bakıxanov adına tarix-diyarşünaslıq muzeyi, A.A.Bakıxanovun memorial ev muzeyi, Şəhidlər muzeyi, 17 mədəniyyət evi, 64 klub, 86 kitabxana, tarixi abidə mühafizəçiləri qrupu, turizm informasiya mərkəzi, şəhər mədəniyyət və istirahət parkı, uşaq incəsənət və uşaq musiqi məktəbi fəaliyyət göstərir.
Quba şəhərində 2011-ci ildə Heydər Əliyev Mərkəzi, 2013-cü ildə Gənclər Mərkəzi inşa edilmişdir. Son illərdə Heydər Əliyev adına mədəniyyət istirahət parkı, Nizami adına park və Mərkəzi meydan, “Dədə Qorqud” abidə kompleksi, şəhər mədəniyyət sarayının qarşısında “Ziyalılar parkı” salınmış, şəhərdə “Qala Qapısı” inşa edilmişdir. 2013-cü ildə “Soyqırımı Memorial Kompleksi”nin tikintisi başa çatdırılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qubaya səfəri zamanı Kompleksin açılışı olmuşdur. 2013-cü ildə “Rixos” istirahət mərkəzinin, “Gənclər mərkəzi”nin, “Bayraq” kompleksinin, “Yaşıl teatr”ın, rayon icra hakimiyyətinin, Quba poçtamptının, YAP rayon təşkilatının, Quba su-kanal idarəsinin, DİN BPQ və Mİ-nin şimal regional şöbəsinin yeni inzibati binalarının, II Nügədi kəndində Azərbaycan Dövlət İqtisad və Bakı Dövlət Universitetlərinin tədris və istirahət korpuslarının, İqriq kəndində “Aqrolizinq” ASC-nin bazasının, rayona giriş qapısının, Qırmızı Qəsəbədə Heydər Əliyev Parkının tikintisi başa çatdırılmış, tarixi “Tağlı” körpü və Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yenidən qurulmuşdur.
Rayon mədəniyyət evində “Atəşgah folklor” ansamblı, “Şahdağ” ansamblı, Zərdabi kənd mədəniyyət evində “Savalan” instrumental ansamblı, Zərqava kənd mədəniyyət evində “Zurnaçılar” qrupu fəaliyyət göstərir. Bu kollektivlərin rayon əhalisi qarşısında, rayonda yerləşən hərbi hissələrdə, əsgər yola salma mərasimlərində, respublikada keçirilən müsabiqələrdə, bayram şənliklərində fəal iştirak edirlər.
Quba rayonu füsunkar təbiətinə, adət-ənənələrinə, yerləşdiyi coğrafi mövqeyinə görə turistlərin diqqətini cəlb edir, hal-hazırda rayonda 32 qeydə alınmış mehmanxana və bu tipli istirahət mərkəzləri turistlərə xidmət göstərir. Quba Olimpiya Kompleksi, “Retro”, “Cənnət bağı”, “Şane”, “Nazlı bulaq”, “Məstdərgah”, “Bərpa SPA”, “Aynur”, “Terrace”, “Qəçrəş”, “Qədim Quba” “Səməd”, “Quba” və s. istirahət mərkəzləri müasir tələblərə cavab verən xidmət göstərirlər.
Quba tarixi abidələrlə zəngindir. Bu abidələr içərisində Xınalıq kəndi, Cümə, Ərdəbil, Hacı Cəfər, Səkinəxanım məscidləri, Baba Rüstəm, Ağbil türbələri, Gümbəzli hamam, Söhüb qalası, qaranlıq dərə və başqa memarlıq abidələri diqqəti cəlb edir.
Xınalıq kəndi dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. Kəndin yolu son illərdə çəkilmiş, bu da Quba-Xınalıq marşrutu ilə turistlərin gediş gəlişini asanlaşdırmışdır. Mədəniyyət abidələrinin qədimliyi, təbiətin cazibədarlığı, xınalıqlıların dili daxili və xarici turistlərin marağına səbəb olduğuna görə onlar mütləq bu yaşayış məntəqəsini ziyarət edirlər.
Quba rayonunda yerləşən təbiət tərəfindən yaradılmış minarələr, şəlalələr, çaylar, dağlar, meşələr də çox maraq doğurur. Meşələr təbii meyvələr, nadir ağaclar və heyvanlarla zəngindir. Buna misal olaraq Təngə dərəsi, Küsnətqazma kəndində Qudyalçayın üzərindəki minarəni, Afurca, Gürdəh kəndində yerləşən şəlalələri misal göstərmək olar.
Rayonda müalicəvi əhəmiyyətə malik olan sular, Xaltan isti suyu, Vero suyu, Təngə dərələrində müalicə keyfiyyəti Truskavts mədən suyuna oxşar “Quba naftusu”dan, saf bulaq sularından minlərlə turist istifadə edir.
Dağlarda təbii sərvətlərdən rəngli mərmər, tikinti üçün mişar və çay daşı, gil və sair mövcuddur.
Ovçuluq istiqamətində də turizmin inkişafı nəzərə çarpır. Rayonun neçə dağ və çəmənliklərdə yaşayan müxtəlif heyvanların ovlanması marağında olan turistlərin gəlişini daha da artırmışdır.
Quba rayonunda xalçaçılıq, boyaqçılıq, dulusçuluq, misgərlik, ağac üzərində tikmə, yonma və s. sənətkarlıq peşələri qədimdən inkişaf etmişdir. Hələ XIX əsrdə, Azərbaycanda boyaq bitkisinin əsas mərkəzlərdən biri Quba sayılırdı. Buradan Rusiyaya və hətta Avropa ölkələrinə boyaq bitkiləri göndərilirdi. Hazırda Quba xalçasının 34 növü mövcuddur. “Qollu Çiçi”, “Ağbil Çiçi”, “Xırdagül Çiçi” “Qımıl-Xonça” və başqa çeşidli xalçalar ümumdünya şöhrəti qazanmışdır. Zərif və əlvan toxunmuş xalçaların sorağı Almaniyadan, Kanadadan, Amerikadan, İngiltərədən və digər ölkələrdən gəlir, xarici ölkələrdə keçirilmiş dünya sərgilərində dəfələrlə mükafata layiq görülmüşdür. Təsadüfü deyildir ki, 1712-ci ildə toxunmuş “Qollu Çiçi” xalçası ABŞ-ın Nyu-York şəhərindəki Metropolitan İncəsənət Muzeyində nadir incilərdən sayılır. Londonda yerləşən Viktoriya və Albert muzeyində Qubada toxunan XVII-XIX əsrə aid xalçalar nümayiş olunur.
Dulusçuluq sənəti qədim tarixə malikdir. Məişətdə istifadə edilmiş qablar gildən hazırlanmış və bu günə qədər gəlib çıxmışdır. Sənətkarların yaratdıqları dulusçuluq əşyaları Respublikada keçirilən sərgilərdə, tarix-diyarşünaslıq muzeyində nümayiş olunur.
Rayonun zəngin təbiəti olduğu kimi özünə məxsus mətbəxi vardır. Bu da qonaqların marağına səbəb olur. Quba rayonunda müxtəlif meyvələrdən bişirilən mürəbbələr, Çiçi çığırtması, düşbərə, qutab, 20 növdən artıq plov, həlim aşı, şillə, səbzi, fisincan ləziz xörəklərdəndir. Bundan əlavə Quba paxlavası və bükmə yalnız Quba rayonunda bişirilir ki, bu da rayona gələn xarici və yerli turistləri çox maraqlandırır.
Quba rayonunda fəaliyyət göstərən turizm və istirahət mərkəzləri haqqındaməlumat
1. “Rixos Quba Azerbaijan” oteli - Qudyalçayın sahilində inşa olunmuşdur. 2013-cü ildə açılışı olub. Yüksək keyfiyyətli müxtəlif xidmətlərin göstəriləcəyi otel kompleksi maraqlı memarlıq üslubunda tikilmişdir. Avanqard və modern memarlıq üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Turistlərin Heydər Əliyev Beynəlxalq Aeroportundan “Rixos Quba Azerbaijan” otelinə çatdırılması üçün özəl VİP servis və helikopter xidməti göstərilir. Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir. Bundan əlavə, sauna, masaj otağı, idman salonu, ev kinoteatrı, istirahət otağı, terraslar və digər xidmət infrastrukturu müştərilərin ixtiyarındadır.
Əlaqə nömrəsi (+994 12) 404 34 34 www.rixosquba.com quba@rixos.com
2. Quba Olimpiya Kompleksi - Azərbaycanda dünya standartlarına cavab verən mərkəzlərdən biridir. 2003-cü ildə əsası qoyulan idman kompleksində müasir səviyyəli idman zalları inşa edilmişdir. Bura böyük futbol, mini futbol, basketbol, voleybol, tennis, üzgüçülük meydançalarını aid etmək olar. Quba Olimpiya Kompleksi Quba-Bakı yolunun 4 km-liyində yerləşir. Kompleks idman mərkəzi olmaqla bərabər istirahət mərkəzi kimidə çox əlverişlidir. Belə ki, burada otel otaqları ilə yanaşı, 2 mərtəbəli kotteclər, geniş mənzillər var. Kompleksdə qonaqlara Avropa standartlarına cavab verən şəkildə xidmət olunur. 24 saat otaq xidməti, milli və Avropa mətbəxi yeməkləri, internet və beynəlxalq telefon xətti, otaqların hər birində kondosioner, 26 kanallı TV sistemini yüksək xidmətin nümunələri kimi qeyd etmək olar. Eyni zamanda 200 nəfərlik konfrans zalı da qonaqların ixtiyarına verilir.
Əlaqə nömrəsi (+994 23) 335-15-17 (+994 23) 335-11-16
www.gubaolympic.az
3. “Nazlı bulaq” istirahət mərkəzi - 2008-ci ildə istifadəyə verilən bu istirahət zonası Quba-Xınalıq yolunun 30 kilometrliyində yerləşir. 24 saat otaq xidməti, internet xətti, konfrans zalı, atların, kvadrasiklların, faytonların kirayəsi, Xınalıq turu, safari turları, mini klub (4-11 yaşlı kiçik uşaqlara xidmət) camaşırxana, şou proqramlar, bar, tennis, bilyard, voleybol idman növləri üztrə meydançalar bu mərkəzin xidmətlərinə aid edilə bilər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin verdiyi lisenziyaya əsasən fəaliyyət göstərir.
Əlaqə nömrəsi (+994 55)751-06-60 (+994 50) 483-90-63
4. “Məst Dərgah” istirahət mərkəzi - Quba-Xınalıq yolunun 25-ci kilometrliyində, dəniz səviyyəsindən 1380 metr hündürlükdə yerləşir. 2013-cü ildən fəaliyyət göstərir. «Məst Dərgah» istirahət kompleksi özəlliklərinə görə, digər turizm obyektlərindən fərqlənir. Onlardan ən əsası buradakı bütün kottec və tikililərin taxtadan, şam ağaclarından inşa edilməsidir.
Əlaqə nömrəsi (+994 51)732-40-40 (+994 77) 732-40-40
www.mestdergah.com info@mestdergah.com
5. “Bərpa SPA” Mərkəzi - 2007-ci ildə yaradırlmışdır. Quba şəhərində, Heydər Əliyev prospektində yerləşir. Müxtəlif yaşlı və məqsədli insanlar mərkəzdə nəinki istirahət edə və əylənə, o cümlədən öz sağlamlığını yaxşılaşdıra və bərpa edə bilər. SPA proseduralar, fizioterapiya və dağ havası insan orqanizminin həyat resurslarının bərpa edilməsinin təminatıdır. İşgüzar insanlara konfrans, seminar, sərgi və təqdimatların keçirilməsi təklif edilir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin verdiyi lisenziyaya əsasən fəaliyyət göstərir.
Əlaqə nömrəsi (+994 23) 335 49 31 (+994 50) 313 45 30 (+994 70) 600 17 00
www.lsh-resort.az
6. “Quba” istirahət mərkəzi - Qubanın Qəçrəş kəndində yerləşən və 2002-ci ildən fəaliyyət göstərən bu istirahət zonası meşənin tam kənarındadır. Adi otaqlarla yanaşı lüks otaqlarda istifadəyə verilir. Basseyn, diskoteka, müxtəlif yemək növləri olan restoran qonaqların xidmətindədir. 25 kotteci var. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin verdiyi lisenziyaya əsasən fəaliyyət göstərir.
Əlaqə nömrəsi (+994 50) 333 66 94 (+994 44) 269 05 75
7. “Oskar” oteli - Quba şəhərində, Heydər Əliyev prospektində yerləşir. 2007-ci ildən fəaliyyət göstərir. Otaqlarda hamam, tv xidmətləri var. Oteldə 6 otaq var.
Əlaqə nömrəsi (+994 23) 335 15 16 (+994 70) 727 96 07
8. “Xınalıq” mehmanxanası - Quba şəhəri 22-ci məhəllədə yerləşir. 1998-ci ildən fəaliyyət göstərir. Mehmanxanada 19 otaq var.
Əlaqə nömrəsi (+99423) 335 44 45 (+994 50) 349 34 63
9. “Şahdağ” mehmanxanası - Quba şəhərində, Əziz Əliyev küçəsində yerləşir. 1953-cü ildən fəaliyyət göstərir. Mehmanxanada 23 otaq var.
Əlaqə nömrəsi (+99423) 335 29 27 (+994 55) 796 85 76
10. “Terrace” oteli - 2007-ci ildə Azərbaycanın turistik və tarixi mərkəzlərindən biri -Quba şəhərində «Patio» üslubunda tiklib. Qubanın Qəçrəş meşəsi tərəfə çıxışında, villalar arasında yerləşən otel mərkəzi istilik sistemi, sputnik TV, İnternetlə təchiz edilib və nömrələrə bölünüb: standart-(standard double twin, separate), p/lüks-(deluxe), lüks 3 otaqlı- (apartment).
Əlaqə nömrəsi (+994 50) 490 30 15 (+994 50) 399 98 93
11. “Retro” otel - Quba Qəçrəş yolunda yerləşir. 2011-ci ildən fəaliyyət göstərən oteldə 52 otaqlı mehmanxana, 30 kottec var. Oteldə müştərilərə basseyn, trenajor zalı, restoran, müasir standartlara cavab verən otaq xidmətləri təklif edilir.
Əlaqə nömrəsi (+994 55) 309 70 15 (+994 50) 760 00 80
12. “Cənnət bağı” istirahət mərkəzi - Qubanın Amsar kəndində yerləşir. 2003-cü ildən fəaliyyət göstərir. İstirahət mərkəzində mehmanxana kompleksi 1, 2, və 3 otaqlı rahat nömrələrdən, kotteclərdən ibarətdir. Ümumilikdə , 87 otaqlı mehmanxana və 8 kottec var. Burada futbol, basketbol və voleybol meydançası, tennis kortu, fitnes zalı, boulinq zalı, üzgüçülük həvəskarları üçün tərtəmiz və şəffaf su dolu açıq və qapalı hovuzlar, kvadrosikllərlə motokross, güllə atıcılığı, Avropa və Milli mətbəxli restoran, Cinema klub, sauna, konfrans zalı, uşaq meydançaları xidmətləri göstərilir.
Əlaqə nömrəsi (+994 50) 200 19 86 www.cannatbagi.com
13. “Dostluq” istirahət mərkəzi - 1998-ci ildən fəaliyyət göstərir. Quba rayonu, Qəçrəş yolunda yerləşir. Bu istirahət mərkəzi mövsümi xidmət göstərir. Tərkibində 13 kottec var.
Əlaqə nömrəsi (+994 50) 616 99 30
14. “Asma körpü” istirahət mərkəzi - 1998-ci ildən fəaliyyət göstərir. Quba rayonu, Qəçrəş yolunda yerləşir. Bu istirahət mərkəzi mövsümi xidmət göstərir. Tərkibində 5 kottec var.
Əlaqə nömrəsi (+994 55) 231 04 30 (+994 50) 540 57 57
15. “Ahu” istirahət mərkəzi - 2007-ci ildən fəaliyyət göstərir. Quba rayonu, Qəçrəş yolunda yerləşir. Bu istirahət mərkəzi mövsümi xidmət göstərir. Tərkibində 6 kottec var.
Əlaqə nömrəsi (+994 50) 322 33 97
16. “Sahil” istirahət mərkəzi - 1989-cu ildən fəaliyyət göstərir. Quba rayonu, Qəçrəş yolunda yerləşir. Tərkibində 10 kottec var.
Əlaqə nömrəsi (+994 50) 674 42 64 (+994 50) 616 98 39
17. “Su səsi” istirahət mərkəzi - 2001-ci ildən fəaliyyət göstərir. Quba rayonu, Qəçrəş yolunda yerləşir. Bu istirahət mərkəzi mövsümi xidmət göstərir. Tərkibində 8 kottec var.
Əlaqə nömrəsi (+994 50) 333 21 12
18. “Əfsanə” istirahət mərkəzi - 2006-cı ildən fəaliyyət göstərir. Quba rayonu, Qəçrəş yolunda yerləşir. Bu istirahət mərkəzi mövsümi xidmət göstərir. Tərkibində 6 kottec var.
Əlaqə nömrəsi (+994 50) 916 29 19 (+994 50) 517 12 74
19. “Panda” istirahət mərkəzi - 2000-ci ildən fəaliyyət göstərir. Quba rayonu, Qəçrəş yolunda yerləşir. Bu istirahət mərkəzi mövsümi xidmət göstərir. Tərkibində 10 kottec var.
Əlaqə nömrəsi (+994 50) 676 51 52 (+994 70) 676 51 52
20. “Soyuq bulaq” istirahət mərkəzi - 2004-cü ildən fəaliyyət göstərir. Quba rayonu, Qəçrəş yolunda yerləşir. Tərkibində 3 kottec var.
Əlaqə nömrəsi (+994 50) 640 28 51
21. “Qoşa bulaq” istirahət mərkəzi - 2012-ci ildən fəaliyyət göstərir. Quba rayonu, Qımılqazma kəndində yerləşir. Bu istirahət mərkəzi mövsümi xidmət göstərir. Tərkibində 2 kottec var.
Əlaqə nömrəsi (+994 50) 533 26 06 (+994 70) 952 25 27 (+994 50) 636 10 14
22. “Güney meşə” istirahət mərkəzi - 2005-ci ildən Qubanın Əski İqrığ kəndində fəaliyyət göstərir. 6 kottec var. Burada voleybol və tennis meydançaları qonaqların ixtiyarına verilir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin verdiyi lisenziyaya əsasən fəaliyyət göstərir.
Əlaqə nömrəsi (+994 44) 269 01 51 (+994 50) 448 87 84
23. “Şahbulaq” istirahət mərkəzi - 2013-cü ildən Qubanın Püstəqasım kəndində fəaliyyət göstərir. 7 kottec var. Burada voleybol və tuşaq əyləncə meydançaları qonaqların ixtiyarına verilir.
Əlaqə nömrəsi (+994 50) 434 33 00 (+994 55) 241 12 01
24. “Afurca” istirahət mərkəzi - 2005-ci ildən Qubanın Afurca kəndində fəaliyyət göstərir. 7 kottec var. Burada voleybol meydançası qonaqların ixtiyarına verilir.
25. “Gözəl məkan” istirahət mərkəzi - 2007-ci ildən Qubanın Afurca kəndində fəaliyyət göstərir. 2 kottec var.
Əlaqə nömrəsi (+994 70) 910 71 87 (+994 55) 352 86 58
26. “Qoşa qaya” istirahət mərkəzi - 2009-cu ildən Qubanın Güləzi kəndində fəaliyyət göstərir. 5 kottec var.
Əlaqə nömrəsi (+994 70) 263 17 09 (+994 55) 548 22 99
27. “Ceyran bulaq” istirahət mərkəzi - 2005-ci ildən Qubanın Birinci Nügədi kəndində fəaliyyət göstərir. 3 kottec var. Burada voleybol və uşaq əyləncə meydançaları qonaqların ixtiyarına verilir.
Əlaqə nömrəsi (+994 50) 330 22 10 (+994 50) 349 78 09
28. “Aynur” istirahət mərkəzi - Qubanın Qəçrəş yolunda yerləşir. 1987-ci ildə yaranıb. Hər cür şəraitə malik kotteclər münasib qiymətlə istifadəyə verilir. Bu istirahət mərkəzi meşənin içində yerləşir. İstirahət mərkəzində 10 kottec var.
Əlaqə nömrəsi (+994 50) 310 79 73 (+994 55) 881 57 88
29. “ŞANE” oteli
2014-cü ildə istifadəyə verilmiş “ŞANE” oteli 3 mərtəbədən, 27 otaqdan ibarətdir. Otaqların 11-i 2otaqlı (yüksək komfortlu), 16-sı isə 1 otaqlıdır. Otelin bütün otaqları yumşaq rəng çalarlarında olan komfortlu mebellə təchiz edilmişdir. Bütün otel ərazisində simsiz internet mövcuddur. Otelin 1-ci mərtəbəsində səhər yeməyi üçün 40 yerlik yeməkxana, həyətində isə 60 yerlik restoran (Azərbaycan və Avropa mətbəxi yeməkləri), 80 yerlik çay evi, maşınlarınızı saxlamaq üçün parkinq fəaliyyət göstərir. Eyni zamanda 100 nəfərlik konfrans zalı da qonaqların ixtiyarına verilir. Burada disputlar, bayram şənlikləri, ad günləri, şou-proramlar, yubileylər, dəyirmi masalar, elmi-praktik konfranslar da keçirmək mümkündür.
Əlaqə nömrəsi (+99451) 961 61 71 http://shane.az