Əziz və hörmətli qubalılar, Mərkəzi Qan Bankının Quba bölməsində qanvermə aksiyası keçiriləcəkdir.
01 noyabr 2024 | 15:11
Əziz və hörmətli qubalılar,
5 noyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının Quba Bölməsinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ərəfəsində Mərkəzi Qan Bankının Quba Bölməsində talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımıza köməklik göstərmək məqsədilə qanvermə aksiyası keçiriləcəkdir. Qanvermə aksiyası saat 09:00-dan başlayaraq saat 18:00-dək davam edəcəkdir.
Rayonumuzun sakinlərini bu xeyirxah aksiyada fəal iştirak etməyə dəvət edir, hər kəsə əvvəlcədən təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, aksiyada 18 - 65 yaş arasında səhhəti qan verməyə imkan verən hər kəs iştirak edə bilər.
Hörmətlə,
Quba Rayon İcra Hakimiyyəti