Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcəkdir.

11 mart 2025 | 09:54

 

Əziz qubalılar və rayonumuzun qonaqları,

15-16 mart 2025-ci il tarixlərdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərinin Heydər Əliyev prospektinin “Quba meydanı” parkının qarşısındakı hissəsində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçiriləcəkdir.

Satışa çıxarılacaq məhsulların qiymətlərinin mövcud bazar qiymətlərindən xeyli ucuz olacağı yarmarka qeyd olunan tarixlərdə saat 09:00-dan etibarən gün ərzində fəaliyyət göstərəcəkdir.

Hər bir rayon sakinini və rayonumuzun qonaqlarını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edir və hər kəsi bayram yarmarkasına dəvət edirik.

Hörmətlə,

Quba Rayon İcra Hakimiyyəti

 

Keçidlər