Mərkəzi Qan Bankının Quba bölməsində qanvermə aksiyası keçiriləcəkdir.
12 iyul 2024 | 17:37
Əziz və hörmətli qubalılar,
Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 16 iyul 2024-cü il tarixdə Mərkəzi Qan Bankının Quba bölməsində talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımıza köməklik göstərmək məqsədilə qanvermə aksiyası keçiriləcəkdir.
Qanvermə aksiyası saat 09:00-dan başlayaraq saat 18:00-dək davam edəcəkdir.
Rayonumuzun sakinlərini bu xeyirxah aksiyada fəal iştirak etməyə dəvət edir, hər kəsə əvvəlcədən təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Quba Rayon İcra Hakimiyyəti