Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz və Ramazan bayramları münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçiriləcəkdir.

11 mart 2026 | 11:07

Əziz qubalılar və rayonumuzun qonaqları,

14-15 mart 2026-cı il tarixlərdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərinin Heydər Əliyev prospektinin “Quba meydanı” parkının qarşısındakı hissəsində Novruz və Ramazan bayramları münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçiriləcəkdir.

Satışa çıxarılacaq məhsulların qiymətlərinin mövcud bazar qiymətlərindən xeyli ucuz olacağı yarmarka qeyd olunan tarixlərdə saat 09:00-dan etibarən gün ərzində fəaliyyət göstərəcəkdir.

Hər bir rayon sakinini və rayonumuzun qonaqlarını qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ürəkdən təbrik edir və hər kəsi bayram yarmarkasına dəvət edirik.

Hörmətlə,

Quba Rayon İcra Hakimiyyəti

Keçidlər