Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 iyun 2026-cı il tarixdə qanvermə aksiyası keçiriləcəkdir.
23 iyun 2026 | 12:48
Əziz və hörmətli qubalılar,
Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 iyun 2026-cı il tarixdə Mərkəzi Qan Bankının Quba bölməsində talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımıza köməklik göstərmək məqsədilə qanvermə aksiyası keçiriləcəkdir.
Qanvermə aksiyası saat 10:00-dan başlayaraq saat 18:00-dək davam edəcəkdir.
Rayonumuzun sakinlərini bu xeyirxah aksiyada fəal iştirak etməyə dəvət edir, hər kəsə əvvəlcədən təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Quba Rayon İcra Hakimiyyəti








