Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib.

30 may 2024 | 16:07

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib.

30 may 2024-cü il tarixdə Quba şəhər Ümumi təyinatlı internat tipli ümümtəhsil məktəbində Quba Rayon İcra Hakimiyyətinin və “Jumanji” MMC-nin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Cahid Mustafayev, “Jumanji” MMC-nin direktoru Mehman Dəmirov və Quba şəhər Ümumi təyinatlı internat tipli ümümtəhsil məktəbinin kollektivi iştirak edib. Çıxış edənlər dövlətimizin başçısı cənab İlham Əliyevin, həmçinin respublikamızın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın azyaşlılara göstərdiyi dövlət qayğısından bəhs etmiş, bayram münasibətilə onları təbrik etmişlər. Xeyriyyə aksiyasında azyaşlılara hədiyyələr təqdim edilmiş və onların saç düzümləri fərqli formlarda səliqəyə salınmışdır.

Keçidlər